EN

Ukrayna 12 vilayətini itirə bilər

Musavat.com xəbər verir ki, Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arastoviç növbəti açıqlaması ilə rezonans yaradıb. O, Kiyevin sülh razılaşmasına getməyəcəyi təqdirdə ölkənin böyük ərazilərini itirə biləcəyini deyib.

“Ukrayna ilə nə baş verəcək? Sonra başqa bir vertolyotla Londondan Zalujnı (Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı – red.) gəlir, taxta əyləşir. Və nə baş verir? O, razılaşmanı tanımaq istəmir. Bu halda Rusiya bildirəcək ki, altı, səkkiz, hətta 12 vilayəti işğal edə bilər”, – deyə Arastoviç bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsinə qarşı çıxmaq Ukrayna üçün çox ağır nəticələr doğura bilər. Arastoviçin fikrincə, müharibənin davamı ölkənin ərazi bütövlüyünü daha da zəiflədə bilər.

Qeyd edək ki, Arastoviç tez-tez Ukrayna rəhbərliyini tənqid edən və kompromis yolunu təklif edən çıxışları ilə tanınır.

Poliqon.info

Chosen
45
poliqon.info

1Sources