ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşına kişi deyən jurnalist Kandes Ouens ABŞ Prezidenti Trampın ona zəngindən danışıb.
“Qafqazinfo” Lenta.ru-ya istinadən xəbər verir ki, provokativ açıqlamaları ilə tanınan məşhur amerikalı jurnalist Trampla olan söhbəti ilə bağlı gözlənilməz açıqlamalar verib.
O, bildirib ki, Makronun həyat yoldaşı Bricitin transseksuallığı ilə bağlı araşdırmasından sonra Tramp ona zəng edib.
Ouensin sözlərinə görə, Makron Vaşinqtonda Ağ Evə səfəri zamanı Trampdan Bricit Makron haqqında məsələnin jurnalist tərəfindən araşdırılmasının qarşısını almaq üçün kömək istəyib. Bir qədər sonra ABŞ prezidenti birbaşa Ouensə zəng edib.
“Mən Bricitə yaxından baxmışam, biz Eyfel qülləsində nahar etmişik - o, qadın kimi görünür!”- deyən Tramp jurnalisti araşdırmanı dayandırmağa çağırıb.
Lakin Ouens öz fikrindən dönməyib və bildirib ki, Bricit Makron cinsiyyət dəyişdirmə üzrə mütəxəssisə müraciət edibmiş.
Onun sözlərinə görə, Fransa liderinin həyat yoldaşı Jan-Mişel Trogneux adı ilə kişi doğulub.
Qeyd edək ki, Makron buna görə jurnalisti məhkəməyə verib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.