EN

“Şkendiya”nın kapitanı: “Niyə onları məğlub etməyək?”

Apasport portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" - "Qarabağ" matçından öncə Şimali Makedoniya təmsilçisinin kapitanı Besart İbrahimi mətbuat konfransında iştirak edib.

"İnanıram ki, TNS və FKSB ilə matçlardakı kimi maksimumu versək, "Qarabağ" qalib gələ bilməyəcəyimiz komanda deyil. Təbii ki, favoritdirlər, amma əsas odur ki, hazırıq. Yaxşı komandayıq, çox çalışırıq. Rəqibi komandanı təhlil etmişik və daha yaxşı iş görəcəyimizə inanırıq.

TNS ilə ilə oyunda üzərimizdə təzyiq var idi. FKSB-ya qarşı təzyiq yox idi. Əlimizdən gələni etdik və mərhələ adladıq. Ümid edirəm ki, "Qarabağ"la matçda heç bir təzyiq olmayacaq. Qarşımıza çıxan hər şey bizim üçün daha yaxşı olacaq. Bir az şansımız olsa belə, bu matça hazırıq, niyə onları məğlub etməyək? Demək istəyirəm ki, "Qarabağ" keyfiyyətli komandadır, amma hər dəfə qalib gələn favoritlər olmur.

FKSB ilə qarşılaşmada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Ümid edirəm ki, sabah stadionda daha çox sayda insan olacaq. Onların dəstəyi ilə hamımızın birlikdə qurduğumuz xəyalı reallaşdıracağımıza inanıram".

“Araz-Naxçıvan” – “Omoniya” oyununun biletləri satışa çıxarılıb

KL: "Beşiktaş" və "Başakşəhər"in rəqibləri müəyyənləşib

KL: "Sabah" və "Araz-Naxçıvan"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB

AL: Arda Turanın "Şaxtyor"u “Samsunspor”a rəqib oldu

"Qarabağ" ÇL-da uduzsa? - Potensial rəqiblər bəlli oldu - YENİLƏNİB

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
3
apasport.az

5Sources