EN

Dünya Seriyasında Səbail mərhələsinin iştirakçıları KİMLƏRDİR?

Avqustun 23-24-də Bakıda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsinin oyunları baş tutacaq.

Sportinfo.az xəbər verir ki, Səbail mərhələsində dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar.

Yarışda ümumilikdə 16 komanda iştirak edəcək.

Onlardan 13-ü milli: Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya - 3-ü isə klub: “Zaqreb”(Xorvatiya), “Şanxay”(Çin),“CS Rapid”(Rumıniya) komandalarıdır.

Səbail mərhələsinin oyunları Fəvvarələr Meydanında baş tutacaq.

Chosen
31
1
sportinfo.az

10Sources