EN

NATO ölkələrinin Arktika sularında təlimi baş tutub

ain.az, Apa.az portalına istinadən məlumat verir.

NATO-nun dörd üzv dövləti Arktika sularında hərbi-dəniz təlimləri keçirib.APA "Euractiv" nəşrinə istinadən xəbr verir ki, təlimlər Şimal Buzlu okeanında patrul fəaliyyətlərinin genişləndirilməsi çərçivəsində baş tutub.

Niderland, Norveç, Portuqaliya və Almaniyaya məxsus hərbi gəmilər Norveçin şimal sahilləri və Uzaq Şimal bölgəsində birgə manevrlərdə iştirak edib.NATO-nun Dəniz Qüvvələri Komandanlığının (MARCOM) məlumatına görə, təlimlərin məqsədi Alyans ölkələrinin birgə fəaliyyət imkanlarını sınaqdan keçirməkdir.

Əməliyyat həmçinin Arktika regionunda dəniz yollarının təhlükəsizliyinin təmin olunması və sualtı fəaliyyətin monitorinqi məqsədi daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
1
apa.az

2Sources