EN

İranda pul dəyişdirilir

İran hakimiyyəti milli valyutanın yenidən denominasiyası imkanlarını nəzərdən keçirir.

AzPost bildirir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

İran Məclisinin İqtisadiyyat Komitəsi islahat qanun layihəsinin əsas müddəalarını hazırlayıb. Komitənin rəhbəri Şəmsəddin Hüseyninin sözlərinə görə, hökumətin layihəsində valyutanın adının “rial”dan “tumən”ə dəyişdirilməsi təklif edilsə də, komitə mərkəzi bank haqqında qanunu rəhbər tutaraq bu yeniliyin əleyhinə səs verib.

Beləliklə, yeni pul vahidi də rial adlanacaq. Bir yeni rial 10 min indiki riala bərabər olacaq. Kiçik bir sikkə olan geran da dövriyyəyə buraxılacaq (1 real = 100 geran).

Sıfırların azaldılması maliyyə hesablamalarını asanlaşdıracaq və əskinasların istehsalı xərclərini azaldacaq.

 

AzPost.az

Chosen
13
1
azpost.info

2Sources