EN

Alkoqol zəhərlənməsi həyati təhlükə yarada BİLƏR

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Psixiatr-narkoloq Ruslan İsayev xəbərdarlıq edir ki, alkoqol zəhərlənməsi həyati təhlükə yarada bilər və bu zaman bəzi əlamətlərə xüsusi diqqət yetirilməlidir.

Redaktor.az xəbər verir ki, həkim bu haqda lenta.ru-ya danışıb.

Onun sözlərinə görə, spirtli içkidən sonra öd və ya qan qarışığı olmadan baş verən qusma, qəfil başgicəllənmə, ayaq üstə dura bilməmək və nitqin pozulması təhlükəli vəziyyətin göstəricisidir.

Əgər insan harada olduğunu anlamırsa, yaxınlarını tanımırsa, ya aqressiv, ya da çox sakit və yavaş davranırsa bu artıq sadəcə sərxoşluq deyil, ciddi zəhərlənmə və ya alkoqol psixozu ola bilər.

Həkim əlavə edib ki, nəbzin sürətlənməsi, ürək ritmində pozulmalar və nəfəsin qeyri-normal olması da təcili tibbi yardım tələb edən hallardır.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
redaktor.az

2Sources