EN

Tezliklə Azərbaycan və Ermənistan... Amerikalı konqresmen

ain.az, Modern.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına layiqdir.

Modern.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından olan konqresmen Co Vilson “X” hesabında yazıb.

O qeyd edib ki, Tramp qədər sülhə xidmət edən başqa prezident olmayıb.

Konqresmen nümunə kimi Konqo və Ruanda, Tailand və Kamboca, Pakistan və Hindistan arasındakı münaqişələri nümunə çəkib.

"Tezliklə Azərbaycan və Ermənistan!”, - paylaşımda deyilir.

Qeyd edək ki, mətbuatda bu həftənin cümə günü Trampın Azərbaycan və Ermənistan liderləri ilə görüşəcəyi barədə xəbərlər yayılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
42
7
modern.az

10Sources