BAKI, 5 avqust. TELEQRAF
İranda 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar vaxtı ilə saat 05:06-da, Bəm şəhərindən 125 kilometr cənub-şərqdə baş verib.
Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.