Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İsrail özəl sektor vasitəsilə Qəzza zolağına müxtəlif məhsulların daxil olmasına icazə verəcək.
APA “The Times of Israel”ə istinadən xəbər verir ki, burada məqsəd Qəzza zolağına humanitar yardımın artırılması, həmçinin yardımların təmin olunmasında BMT və digər beynəlxalq təşkilatlardan asılılığın azaldılmasıdır.
Bildirilir ki, məhdud sayda biznesmenlərin təhlükəsizlik yoxlanılmasından keçərək müəyyən qaydalara əməl etməklə Qəzza zolağına daxil olmasına icazə veriləcək.
Bölgəyə daxil edilməsinə razılıq verilən məhsullara qida məhsulları, meyvə-tərəvəz, uşaq qidası, gigiyena vasitələri daxildir.
Ödəniş metodu isə yalnız bank hesabları vasitəsilə həyata keçiriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.