UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsi bu gün başlayacaq.
Fanat.Az xəbər verir ki, mərhələ Maltada start götürəcək.
İlk görüşləri üç günə yekunlaşacaq mərhələnin açılış oyununda yerli "Hamrun"la İsrailin "Makkabi Təl-Əviv" komandası üz-üzə gələcək.
Qeyd edək ki, mərhələnin cavab görüşləri 12 və 14 avqust tarixlərində keçiriləcək.
UEFA Avropa Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
5 avqust
21:00. "Hamrun" (Malta) - "Makkabi Təl-Əviv" (İsrail)