EN

Azərbaycanda “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220 yə çatıb

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 5mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verib. SİA KOBİA-ya istinadən xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb.

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 14 müraciətə baxılıb. Şuranın qərarına əsasən "Steamland Factory" MMC-nin süni intellekt sistemləri üçün məlumat (data) infrastrukturu xidməti, "Mənzil Park" MMC-nin yaşayış kompleksləri və binaların idarəedilməsi üçün onlayn platforması, "Nooshcard" MMC-nin işçi heyəti üçün rəqəmsal yemək kartı həlli, "Adscreen" MMC-nin taksi sərnişinləri üçün rəqəmsal reklam platforması və "Onrepetitor" MMC-nin onlayn tədris və hazırlıq platforması layihələrinə “Startap” şəhadətnamələri verilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla https://smb.gov.az/az/nav/startap-sehadetnamesi keçid linki vasitəsilə tanış olmaq olar. Həmçinin, “Startap” şəhadətnaməsi ilə bağlı sualı olan KOB subyektləri KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
6
sia.az

7Sources