EN

Rutte NATO ölkələrini təcili olaraq ABŞ-dan Ukrayna üçün silah almağa çağırır

NATO-nun baş katibi Mark Rutte Hollandiyanın ABŞ-dan Ukrayna üçün 500 milyon avroya silah almaq qərarını alqışlayıb və alyansın digər ölkələrini Amsterdamdan nümunə götürməyə çağırıb. Onun sözlərini NATO-nun mətbuat xidməti sitat gətirir.

“Mən bütün NATO müttəfiqlərinə məktub yazaraq onları bu yükün bölüşdürülməsi təşəbbüsünə töhfə verməyə çağırdım və yaxın gələcəkdə digər müttəfiqlərdən daha mühüm açıqlamalar gözləyirəm”, - Rutte bildirib.

Bundan əvvəl məlum olmuşdu ki, Hollandiya Ukraynaya “Patriot” da daxil olmaqla 500 milyon avroya Amerika silah sistemləri verəcək.

İyul ayında ABŞ prezidenti Donald Tramp Ukraynanı yeni silah və texnika, o cümlədən Patriot hava hücumundan müdafiə sistemi ilə təmin edəcəyinə söz vermişdi. Siyasətçi Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırdığı sistemlərin dəqiq sayını açıqlamayıb, lakin vurğulayıb ki, Avropa İttifaqı onların dəyərini ABŞ-a ödəməli olacaq.

Buna cavab olaraq Almaniyanın müdafiə naziri Boris Pistorius Avropa ölkələrini “cüzdanlarını açmağa” və Ukrayna üçün Amerika silahlarının alınması üçün tez vəsait toplamağa çağırıb.

Əziz Mustafa

Chosen
39
oxumeni.az

1Sources