EN

Los-Ancelesdə atışma oldu - Ölən və yaralananlar var

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində əyləncə gecəsi zamanı atışma baş verib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, atışma nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Los Anceles Polis Departamentinin rəsmisi bildirib ki, yerli vaxtla gecə saat 1 radələrində şəhərdə bir partiyada atəş açılıb.

Hadisə nəticəsində Qreqori Derisso adlı kişi yerində ölüb, 52 yaşlı bir qadın isə xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Rəsmi məlumatda həmçinin 6 nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hücum edən şəxsin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Chosen
66
38
manset.az

10Sources