EN

"Karvan-Yevlax"da yeni müqavilə

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan-Yevlax” klubu futbolçusu Əli Abdullayevlə müqaviləni yeniləyib.

Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin rəsmi səhifəsi məlumat yayıb.

Müdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Əli Abdullayev ötən mövsüm "Karvan-Yevlax"ın heyətində 25 oyun keçirib.

Chosen
42
1
fanat.az

2Sources