EN

Əhaliyə qəribə çağırış: Ev heyvanınızı yırtıcılara yem kimi gətirin - Danimarkada

Danimarkanın şimalında yerləşən Olborq Zooparkı əhaliyə qeyri-adi bir çağırışla müraciət edib. Qurum vəhşi heyvanların bəslənməsi üçün sağlam ev heyvanlarının – məsələn, dəniz donuzcuqları, dovşanlar və toyuqların ianə olunmasını təklif edir.

Ölkə.Az "ABC News"a istinadən xəbər verir ki, bu barədə zooparkın rəsmi müraciət yayıb.

Zoopark nümayəndələrinin sözlərinə görə, bu təşəbbüs təbii qida zəncirinin təqlidinə və heyvanların rifahının təmin olunmasına yönəlib. Onlar bildirirlər ki, gətirilən heyvanlar xüsusi təlim keçmiş əməkdaşlar tərəfindən “yumşaq şəkildə yuxuya veriləcək” və daha sonra yırtıcıların yem rasionuna daxil ediləcək.

“Müxtəlif səbəblərə görə vermək istədiyiniz sağlam bir heyvanınız varsa, onu bizə ianə etməkdən çəkinməyin”, – deyə müraciətdə qeyd olunur. Zoopark əlavə edir ki, bu yolla “heç nə israf olmur” və yırtıcılar təbiətlərinə uyğun qidalanma əldə edirlər.

Onlayn çağırış dişlərini göstərən bir vəhşi pişiyin fotosu ilə müşayiət olunub və orada qurumun saytına keçid yerləşdirilib. Saytda həmçinin bildirilir ki, zoopark atların qəbuluna da hazırdır. Amma digər heyvan növləri potensial ianə siyahısında göstərilmir.

Chosen
29
4
olke.az

5Sources