EN

"Ai-95" yanacağı ilə bağlı VACİB

Yazını böyüt
Yazını kiçilt

"SOCAR brendli yanacaqdoldurma stansiyalarında (YDS) "Aİ-95" markalı yanacağın satışı dayandırılmayıb".

Hafta.az xəbər verir ki, bu barədə "SOCAR Petroleum" QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində "Aİ-95" premium benzinin satışının dayandırılması ilə bağlı yayılan məlumatlarla bağlı açıqlamada bildirilib.

Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib:

"Lakin bu gündən etibarən bütün YDS-lərdə "Aİ-95" markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər". /report/

Chosen
13
49
hafta.az

10Sources