EN

"Zaqatala" maliyyə sıxıntısından qurtulmaq üzrədir

1-ci Liqa təmsilçisi "Zaqatala" iddiasını artıra bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, maliyyə sıxıntısı yaşayan bölgə təmsilçisinin sponsor axtarışları nəticə vermək üzrədir.

Düzdür, indilik bu yöndə heç də hər şey dəqiqləşməyib, amma yaxın vaxtlarda "Zaqatala" azarkeşlərinin sevindirici xəbər eşitmək ehtimalı yüksəkdir. Sözügedən klubun sponsoruna qovuşandan sonra çempionluq uğrunda mübarizə aparacağı gözlənilir.

Xatırladaq ki, "Zaqatala" son mövsümdə 1-ci Liqadakı mübarizəni 5-ci pillədə başa vurub. 

Nihat

Chosen
21
1
fanat.az

2Sources