Bakı. Trend:
“Omoniya” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində“Araz-Naxçıvan”la oyun üçün azarkeşlərini Bakıya gətirəbilməyəcək.
Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Komandamızı Azərbaycana daşıyacaq uçuş üçün tələb olunan bütünicazələr yalnız bu gün verildiyi üçün, təəssüf ki, azarkeşlərintəyyarəyə daxil edilməsinə vaxt yoxdur.
Bu, o deməkdir ki, oyunçularınmızı dəstəkləmək üçün Azərbaycandakomandamızla birgə azarkeşlərimiz olmayacaq”, - deyə məlumatda qeydedilib.
Qeyd edək ki, avqustun 7-də “Dalğa Arena”da keçiriləcək“Araz-Naxçıvan” - “Omoniya” matçı saat 20:00-da start götürəcək.Cavab oyunu 1 həftə sonra Kiprdə baş tutacaq.