AzÉ™rbaycan Respublikası Elm vÉ™ TÉ™hsil Nazirliyi yanında MÉ™ktÉ™bÉ™qÉ™dÉ™r vÉ™ Ümumi TÉ™hsil üzrÉ™ DövlÉ™t Agentliyinin təşəbbüsü vÉ™ təşkilatçılığı ilÉ™ Latviya vÉ™ Litvada mÉ™ktÉ™b direktorları üçün beynÉ™lxalq tÉ™crübÉ™ proqramı hÉ™yata keçirilib.Â
AzEdu.az xəbər verir ki, proqramın əsas məqsədi idarəetmədə innovativ yanaşmaların öyrənilməsi, pedaqoji inkişafın təşviqi və məktəb rəhbərlərinin Avropa təcrübəsi ilə tanışlığı olub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ölkədə təhsilin inkişafı üzrə qəbul olunmuş dövlət strategiyasına uyğun olaraq bu təşəbbüsə təşkilati dəstək göstərib. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi siyahıya əsasən proqramda 34 məktəb direktorundan 20-si  Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə iştirak edib.
Qeyd edÉ™k ki, AzÉ™rbaycan  nümayÉ™ndÉ™ heyÉ™tinÉ™ Elm vÉ™ TÉ™hsil İşçilÉ™ri HÉ™mkarlar İttifaqı Respublika KomitÉ™sinin Hüquq şöbÉ™sinin müdiri Fuad NÉ™sirov, komitÉ™nin BeynÉ™lxalq É™laqÉ™lÉ™r şöbÉ™sinin müdiri Qönçə Hacıyeva da daxil idi. Â
Təhsil mühitində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və innovativ idarəetmə yanaşmalarının tətbiqi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əsas fəaliyyət istiqamətlərindəndir və bu kimi təşəbbüslərə dəstəyini gələcəkdə də davam etdirəcək.