EN

“Palmeyras” Kelveni satın aldı

“Palmeyras” 24 yaşlı braziliyalı sağ cinah müdafiəçisi Kelveni Rusiyanın CSKA (Moskva) klubundan tamhüquqlu əsasda satın alıb.

Arena.az bu barədə “Palmeyras”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Braziliya nəhənginə 6 milyon avro məbləğ müqabilində başa gəlib.

Kelven “Atletiko Paranaense”nin məzunudur. Futbolçu, karyersı ərzində həmçinin CSKA üçün çıxış edib.

Geridə qalmış mövsümdə Kelven Moskva klubu üçün 31 oyuna 4 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Kelven Brazilyanın U-20 və U-23 komandalarına cəlb edilib, əsas milli komandaya isə çağırış almayıb.

Kelvenin qənimətlər muzeyində “Atletiko Paranaense” ilə Braziliya Kuboku (2019) və Cənubiamerikan Kuboku (2020/2021), həmçinin CSKA ilə Rusiya Kuboku (2025) və Rusiya Super Kuboku (2025/2026) var.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sağ cinah müdafiəçisinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Chosen
16
arena.az

1Sources