EN

"Levski" azarkeşləri "Sabah"la oyunun biletlərini havada götürür - VİDEO

BAKI, 5 avqust. TELEQRAF

Bolqarıstanın "Levski" klubu "Sabah"la keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunu üçün biletləri satışa çıxarıb.

Teleqraf "Gong.bg" saytına istinadən xəbər verir ki, Georgi Asparuhov adına stadionun kassaları yerli vaxtla saat 10:00-da açılıb.

Mənbənin məlumatına görə, yüzlərlə azarkeş bilet almaq üçün növbəyə düzülüb.

Avqustun 7-də keçiriləcək qarşılaşmada stadionun tam dolacağı gözlənilir.

Qeyd edək ki, "Sabah"ın "Levski" ilə Bakıda keçirəcəyi cavab oyunu avqustun 14-də təşkil olunacaq.

Chosen
31
teleqraf.com

1Sources