EN

Sabahın hava proqnozu açıqlanıb

Avqustun 6-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 26-30, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacağı, şərq küləyinin əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 24-29, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava şəraiti yağmursuz keçəcək. Gecə və səhər duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturunun gecə 17-22, gündüz 29-34, bəzi yerlərdə isə 37 dərəcəyədək isti olacağı ehtimal edilir.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Gecə və səhər duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-22, gündüz 29-34, bəzi yerlərdə 37 dərəcəyədək isti olacaq.

Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuzda hava şəraiti günəşli keçəcək. Gecə və səhər duman olacağı, şərq küləyinin əsəcəyi ehtimalı var. Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacağı, şərq küləyinin əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 21-26, gündüz 35-38, dağlarda gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

Şirvan, Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Gecə və səhər duman olacağı, şərq küləyinin əsəcəyi ehtimal edilir. Havanın temperaturunun gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Gecə və səhər duman olacağı, şərq küləyinin əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 23-25, gündüz 34-39, dağlarda gecə 21-23, gündüz 30-35 dərəcə isti olacaq.

Chosen
32
1
ekologiya.az

10Sources