GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
İllərdir Şanlıurfalı kimi tanınan məşhur sənətçi İbrahim Tatlısesin əslində atası ərəb, anası isə kürd mənşəlidir.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, musiqi aləmində “İmperator” ləqəbi ilə tanınan İbrahim Tatlısesin etnik kimliyi ilə bağlı faktlar yenidən gündəmə gəlib.
Şanlıurfada anadan olmuş sənətçinin özü haqqında illər sonra verdiyi açıqlamalar, cəmiyyətdə illərdir formalaşmış bir çox təsəvvürü dəyişib. Tatlıses etnik kimliyi ilə bağlı zaman-zaman müxtəlif açıqlamalar verib. Kanal D-də qatıldığı bir proqramda belə deyib:
“Atam ərəb, anam kürd, mən isə türkəm”.
Qeyd edək ki, 2005-ci ildə Erbildə verdiyi konsertdə isə belə söyləyib:
“Atam türk, anam kürd, mən türk oğlu türkəm. Sizə Türkiyədən salam gətirmişəm”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.