EN

Qaqauz muxtariyyətinin rəhbərinə 7 il iş verildi

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Kişinyov məhkəməsi Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulu müxalif “Şor” partiyasının maliyyələşdirilməsində qanun pozuntusuna yol verməkdə ittiham edərək 7 il müddətinə azadlıqdan məhrum edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyinə siyasətçinin vəkili Natalya Bayram bildirib.

Məhkəmənin hökmünü icra etmək üçün Qutsul mühafizə altında məhkəmə zalından birbaşa həbsxanaya aparılıb.

Vəkilin sözlərinə görə, hakim hökm elan edildikdən dərhal sonra onun icrasında təkid edib.

Qutsul cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
97
1
yeniavaz.com

3Sources