"Qəbələ" iki futbolçusu ilə müqaviləsini uzadıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əyalət təmsilçisi Qədir Ramazanov və Elnur Mustafayevlə yeni müqavilə imzalayıb.
19 yaşlı yarımmüdafiəçi və 19 yaşlı müdafiəçi ilə müqavilə 3 il müddətinə nəzərdə tutulub.