EN

İqtisad universitetinin təmirinə 10 milyon xərclənəcək

Sfera.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət İqtisad Universiteti 9,7 milyon manata təmir ediləcək.

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, təmir işlərini "Koneks Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti aparacaq.

Şirkət universitetdə aparılacaq təmir işlərinə mumilikdə 9 milyon 735 min 844 manat xərc çəkəcək.

Yeri gəlmişkən, təmirə avqustun 4-dən başlanması, işlərin sentyabrın 30-da tamamlanması nəzərdə tutulur.

Qeyd edək ki, “Koneks Construction” MMC-nin dövlətə vergi borcu yoxdur. Şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. Şirkətin nizamnamə kapitalı isə 10 manat təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
57
4
sfera.az

5Sources