EN

Xətaidə avtobuslar binanın qabağını kəsir; Sakinlər narazıdır VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Xətai rayonunda 100-cü binanın arxasında yaşayan sakinlər avtobuslardan şikayətçidir.

Avtosfer.az xəbər verir ki, Səməd bəy Mehmandarov küçəsində marşrut avtobuslarının yaratdığı səs-küy və nəqliyyat problemlərindən əziyyət çəkir. Sakinlərin sözlərinə görə, evlərinin pəncərələri birbaşa dayanacaq istiqamətinə baxdığı üçün günün böyük hissəsində avtobus motorlarının səsləri ilə yaşamağa məcbur qalırlar.

“Motoru iki dəqiqə söndürəndə elə bil toyxanadan çıxırsan. Göz, qulaq dincəlir. Səhərdən axşama qədər gutultu, cüyultu. Hər gün sanki bir sənaye zavodunun içindəyik,” – deyə bina sakin bildirir.

Bina sakini əlavə olaraq qeyd edib ki, problem yalnız səs-küy ilə məhdudlaşmır. Sakinlər bildirir ki, məhəllədən çıxış yolları da avtobuslar tərəfindən tutulur və çıxmaq mümkün olmur:

“Məhlədən çıxmaq istəyirəm, amma avtobuslar yolun düz qarşısında saxlayır. Sağa çıxmalıyam, amma yol bağlıdır. Sol tərəfdən gələn maşınların qarşısı kəsilir, mən isə tamamilə bloklanıram. Qabaqda bir də 46 nömrəli avtobus dayanıb. Heç kimin vecinə deyil ki, burdan çıxmaq istəyən var,” 

Məsələ ilə bağlı “BakuBus”-a sorğu göndərsək də hələ ki, bir açıqlama təqdim olunmayıb.

Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
avtosfer.az

1Sources