Dünya şöhrətli pop ulduz Cennifer Lopez "Up All Night: Live in 2025" adlı turnesi çərçivəsində Antalyada çıxış edib. Bu gün İstanbulda konsert verməyə hazırlaşan Cennifer Lopez şəhər küçələrində gəzib.
Ölkə.Az xəbər verir ki, Sarıyerdə görüntülənən Ceylo (JLO) alış-veriş üçün “İstinye Park” ticarət mərkəzinə yollanıb.
Onun ticarət mərkəzində bağlatdırdığı bir mağazadan milyonluq alış-veriş etdiyi deyilir.
Sənətçi fanatlarından bəziləri ilə foto da çəkdirib.
Məlumata görə, sənətçi sözügedən “mall”da başqa bir mağazaya da girmək istəyib, lakin mühafizəçi “doluyuq” deyərək ona mane olub.
Pop ulduzun isə “yaxşı, problem deyil” deyərək başqa mağazaları gəzdiyi deyilir.
Türkiyə mətbuatının yazdığına görə, Lopez İstanbuldan getməmiş lokum və türk kofesi də almaq istədiyini deyib.
Qeyd edək ki, on minlərlə istanbullunun, yerli və beynəlxalq turistin qatılacağı konsertin problemsiz keçməsi üçün təxminən 1500 nəfərdən ibarət komanda çalışacaq.
Billurə