EN

Hindistanda sel kəndi tamamilə silib: Ölənlər və itkinlər var

ain.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistanın şimalındakı Himalay bölgəsinə daxil olan Uttarxand əyalətində güclü sel fəlakəti baş verib.

Doğru.az xəbər verir ki, daşqın və sel nəticəsində ən azı 4 nəfər ölüb, 50-dən çox insan isə itkin düşüb. Bu barədə “Reuters” məlumat yayıb.

Yayımlanan görüntülərdə dağdan aşağı axan palçıq kütləsinin kəndi tamamilə yuyub apardığı, evlərin və yolların sıradan çıxdığı görünür.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
dogru.az

2Sources