EN

İsrail yerli tacirlər vasitəsilə Qəzzaya tədarükün bərpasına razıdır

İsrail hökuməti Qəzza zolağına malların tədarükünü bərpa etmək üçün yeni mexanizm yaratdığını elan edib. Bu mexanizm anklavda fəaliyyət göstərən yerli özəl ticarətçilər vasitəsilə malların paylanmasına imkan verəcək.

Bu barədə İsrailin Fələstin ərazilərində hökumət fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi (COGAT) məlumat yayıb.

Qurumun bəyanatında qeyd olunub ki, söhbət özəl sektor vasitəsilə yüklərin tədarükünün tədricən və nəzarət altında bərpasından gedir.

"Bu, Qəzza zolağına daxil olan yardımın həcmini artırmağa və eyni zamanda BMT və beynəlxalq təşkilatların yardım toplamasından asılılığı azaltmağa yönəlib", - deyə bəyanatda vurğulanıb.

COGAT izah edib ki, bu sxem çərçivəsində işləmək üçün İsrail hökuməti tərəfindən müəyyən meyarlara cavab verən və təhlükəsizlik yoxlamasından keçən məhdud sayda yerli tacir təsdiqlənib. Tədarük ediləcək mallar arasında əsas ərzaq növləri, uşaq qidaları, meyvə və tərəvəzlər, şəxsi gigiyena əşyaları olacaq. Bütün ödənişlər yalnız nəzarət altında olacaq bank köçürmələri vasitəsilə həyata keçiriləcək. Tədarük edilən bütün mallar anklava göndərilməzdən əvvəl yoxlamadan keçəcək.

"Təhlükəsizlik orqanları ilə əməkdaşlıq edərək, Qəzza zolağına humanitar yardımın daxil olmasına nəzarət və monitorinq mexanizmlərindən istifadə etməyə davam edəcəyik, eyni zamanda HƏMAS-ın humanitar yardımın idxalı və paylanması proseslərində iştirakının qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcəyik", - deyə COGAT bildirib.
Chosen
132
50
7news.az

10Sources