"Arsenal"ın keçmiş yarımmüdafiəçisi Tomas Parti zorlamada ittiham olunur.
QOL.az "Daily Mail"ə istinadən xəbər verir ki, qanalı futbolçu dinləmələrdə iştirak etmək üçün Lonondakı Vestminster Məhkəməsinə gedib.
Parti daha əvvəl prokurorluq tərəfindən 5 zorlamada ittiham edilib. Bunlar 2021-2022-ci illər arasında hadisəni iddia edən üç fərqli qadına aiddir.
Mənbənin məlumatına görə, “topçular”ın sabiq futbolçusu əvvəlki kimi ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
Qeyd edə ki, 2020-ci ildən "Arsenal"da çıxış edən Tomas Parti bu yay komandadan ayrılıb.