EN

Təyyarədə bu cihazdan istifadə qadağan edildi

Pegasus” Hava Yolları təyyarədə portativ enerji cihazlarının (power bank) istifadəsini qadağan edib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu addım Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlunun tövsiyəsindən sonra atılıb.

Uraloğlu daha əvvəl enerji cihazının partlaması səbəbindən Cənubi Koreya təyyarəsində baş vermiş yanğını əsas gətirib: "Ölkəmizdə oxşar riskin qarşısını almaq üçün hava yolları şirkətlərimizə təyyarədə portativ enerji cihazlarının istifadəsini qadağan etməyi tövsiyə edirik".

Chosen
23
1
publika.az

2Sources