Avqustun 7-də Yardımlı rayonunun bəzi kəndlərində qaz təchizatı dayandırılacaq.
Bu barədə Publika.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb rayon ərazisində yerləşən “Yardımlı Əngəvül əhali” ölçü qovşağı üzərində quraşdırılmış qaz sayğacının dövri yoxlamadan keçirilmiş digər qaz sayğacı ilə əvəz olunmasıdır.