Sakit okeanda yerləşən "Odlu halqa" adlandırılan yerdə son zamanlar hərəkətlilik artıb. Ora məhz seysimik - zəlzələ və vulkan püskürmələrinin baş verdiyi yer olduğu üçün "Odlu halqa" adlanır.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Kuril adaları yaxınlığında 7 bal gücündə zəlzələnin və Kamçatka da 600 ildir susan vulkanın püskürməsinə səbəb "Odlu halqa"da artan hərəkətlilikdir.
Vulkan püskürməsi nəticəsində havaya qalxan kül buludları təyyarələr üçün təhlükə yaradıb. Mütəxəssislər bölgədə daha çox zəlzələ və vulkan püskürməsinin ola biləcəyini deyir.
Xeyrənsə Piriyeva