EN

Sumqayıtda pişiklərə əzab verən manyak peyda olub – DƏHŞƏTLİ HADİSƏ

Sumqayıtda pişiklərin əzabla öldürüldüyü iddia olunur.

NOCOMMENT.az-a müraciət edən Məlahət Muradova bildirib ki, bir nəfər, əsasən 17 və 18-ci mikrorayon ərazilərində pişiklərin dillərini dibindən kəsir, başlarına daşla vurub onları öldürür:

“Bu artıq 4-cü, ya 5-ci pişikdir ki, dili kəsilmiş vəziyyətdə tapırıq və baytara aparırıq. Baytar da onların dillərinin kəsildiyini təsdiqləyir. Əlimizdə baytarın təsdiq olunmuş rəyi də var.

Polis əməkdaşları həmin manyakı təcili tapıb, cəzalandırmalıdırlar. O təkcə heyvanlar üçün yox, cəmiyyət üçün də təhlükəlidir!”.\\Sumqayit24.az

 

 

Chosen
9
nocomment.az

1Sources