Cənub Yarımkürəsində yerləşən Avstraliya son 45 ilin ən sərt qışını yaşayır.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 1980-ci illərdən bəri görünməmiş qar Yeni Cənubi Uels və Kvinslend ştatlarını ağ örpəyə bürüyüb. Kvinslendin bəzi bölgələrində isə 10 ildən sonra ilk dəfə qar yağıb.
Yeni Cənubi Uelsin Təcili Yardım Xidmətinə qar səbəbindən 1455 çağırış daxil olub. Yüzlərlə avtomobil yollarda qalıb, fırtınalar binalara ziyan vurub. Bəzi ərazilərdə daşqın xəbərdarlığı verilib. Minlərlə evin elektrik enerjisi kəsilib.
Xeyrənsə Piriyeva