EN

Dünya çempionu vəfat etdi

Ajans.az Unikal-a istinadən xəbər verir ki, bu ilin may ayında infarkt keçirən 67 yaşlı veteran futbolçunun vəziyyəti qəflətən pisləşib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. F.Mill karyerası ərzində “Rot-Vays Essen”, “Borussiya” (Mönhenqladbax), “Borussiya” (Dortmund) və “Fortuna” klublarında çıxış edib. O, Bundesliqada 123, 2-ci Bundesliqada isə 87 qol vurub. Dortmund "Borussiya"sı ilə 1989-cu ildə Almaniya Kubokunu qazanıb.

Frank Mill Almaniya milli komandasının heyətində 1990-cı ildə İtaliyada keçirilmiş dünya çempionatının qalibi olub. Yığmanın heyətində 17 oyun keçirən veteran futbolçu çempion olduqları mundialda meydana çıxmayıb.

Chosen
22
6
Ajans.az

8Sources