EN

“Milyonların həyatına son qoyan, mənim də həyatımı məhv edən adam” - Putinin “gizli qızı” ortaya çıxdı və onu ifşa etdi...


Rusiya prezidenti Putinin illərdir gizlətdiyi sirr ortaya çıxıbn. İllərdir Kremllə əlaqələri haqda söz-söhbətlər dolaşan Yelizaveta Krivonoqix susqunluğunu pozub.

Putinin “gizli qızı” olduğu iddia edilən Yelizaveta Krivonoqix sosial şəbəkədə paylaşımı ilə yenidən dünyanın diqqət mərkəzinə gəlib. O, Telegram-da "Həyatımı kimin məhv etdiyini xatırlamaq mənə yenidən kim olduğumu göstərir" deyə paylaşım edib.

Parisdə sənətlə əhatə olunmuş həyat yaşayan 22 yaşlı qızı Telegram-da “milyonların həyatına son qoyan, mənim də həyatımı məhv edən adam” ifadələri xarici mediada geniş müzakirələrə səbəb olub. O, paylaşımında kimi nəzərdə tutduğun açıqlamayıb, ancaq beynəlxalq mətbuat bu bəyanatların hədəfində Rusiya prezidenti Putinin olduğunu iddia edir. Almaniyanın “Bild” qəzeti və İngiltərənin “Daily Mail” qəzetləri bu mesajları “Putinin kabus qızı maskasını çıxardı” başlığı ilə yayıb.

“Bild” qəzetinin əldə etdiyi mesajlarda 22 yaşlı Krivonoqix deyib: "Üzümü dünyaya yenidən göstərə bilmək çox azadedicidir. Bu mənə kim olduğumu və həyatımı kimin məhv etdiyini xatırladır".

Paylaşımda birbaşa ad çəkilməsə də, onun Putini nəzərdə tutduğu bildirilir.

Krivonoqix əvvəllər şəxsi təyyarələrdən və dəbdəbəli gecə həyatından paylaşımlar edən sosial media hesabını 2022-ci ildə bağlayıb.

Xatırladaq ki, Yelizaveta Krivonoqix 2003-cü ildə Sankt-Peterburqda anadan olub. Onun Sankt-Peterburqda doğulduğu və anasının Putinin keçmiş xadiməsi Svetlana Krivonoqix olduğu iddia edilir.

2021-ci ildə müstəqil media orqanı “Proekt”, gənc qadının anası Svetlananın var-dövləti ilə bağlı araşdırma aparıb, onun Putinlə əlaqəsi olduğunu iddia edib. Xəbərdə Yelizavetanın Putinə "qeyri-adi bənzərliyi" olduğu iddia edilib. Kreml isə bu iddiaları “əsassız və inandırıcı olmayan” adlandırıb.

2021-ci ildə yayımlanan audio müsahibəsində Yelizaveta Krivonoqix “Putinin qızısan?” sualına birbaşa cavab verməyib. Oxşarlıq iddialarına gəlincə, o, sadəcə olaraq, "Bir çox insanın oxşar fiziki xüsusiyyətləri var" deyib. Həmin müsahibədə gənc qadın “qapalı yaşadığını, xəbərlərdən qaçdığını, moda və sosial həyatla maraqlandığını” bildirib.

Qeyd edək ki, Böyük Britaniya 2023-cü ildə Svetlana Krivonoqixa qarşı sanksiyalar tətbiq edib. Svetlana Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən media orqanlarından biri Milli Media Qrupunun səhmdarı və "Rossiya Bankı" ilə əlaqəsi olduğu üçün bu siyahıya daxil edilib.

TAHİR

Chosen
30
baki-xeber.com

1Sources