EN

III Beynəlxalq Elmi Konfrans Davamli İnkişaf Strategiyasi: Qlobal Meyillər, Milli Təcrübə və Yeni Hədəflər

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

6–8 dekabr 2025-ci il tarixlərində Mingəçevir Dövlət Universitetində keçiriləcək III Beynəlxalq Elmi Konfrans davamlı inkişaf, süni intellekt, informasiya təhlükəsizliyi, dördüncü sənaye inqilabı, yaşıl enerji, kibertəhlükəsizlik və digər müasir mövzulara həsr olunacaq.

Konfransın əsas təşkilatçıları:

Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AZTU), Qazi Universiteti (Türkiyə) və HBN GROUP.

Tərəfdaşlar:

İdarəetmə Sistemləri İnstitutu

Litva Mikolas Romeris Universiteti

Kırğız İqtisadiyyat Universiteti

Kiyev Milli Texnologiya və Dizayn Universiteti

Sənaye tərəfdaşları:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA)

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM)

Konfrans çərçivəsində müzakirə ediləcək mövzular:

Dördüncü Sənaye İnqilabı və Rəqəmsal Texnologiyalar

Süni İntellekt və Məlumat Analitikası

Avtonom Sistemlər və Robototexnika

İnformasiya-Kommunikasiya Texnologiyaları

İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik

Yaşıl Enerji və Davamlı Enerji Sistemləri

Davamlı İqtisadi İnkişaf və İnnovativ Strategiyal  Regional Davamlı İnkişaf, Turizm və İqtisadi Əməkdaşlıq

Bu beynəlxalq tədbir elmi yeniliklərin, texnoloji nailiyyətlərin və sosial-iqtisadi inkişaf strategiyalarının bölüşdürülməsi, eyni zamanda qlobal və milli miqyasda əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyır.Esmira Hidayətova,Mingəçevir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
42
2
yeniavaz.com

3Sources