Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersayın Türkiyə ordusunda rütbəsi artırılıb.Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Türkiyə ordusunda general-polkovnik rütbəsini daşıyan Bəxtiyar Ersaya Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə ordu generalı hərbi rütbəsi verilib.
Ersay 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.