EN

Finlandiya NATO xətti ilə Ukraynaya hərbi yardım mexanizminə qoşulmur

BAKI, 5 avqust. TELEQRAF

Finlandiya hazırda Ukraynaya NATO çərçivəsində yaradılan yeni hərbi yardım mexanizminə qoşulmur.

Teleqraf xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Antti Kaikkonen deyib.

Nazirin sözlərinə görə, Helsinki Ukraynaya dəstəyi əsasən öz yardım proqramı vasitəsilə həyata keçirir. Bu proqram çərçivəsində Ukrayna ordusu üçün lazım olan məhsullar birbaşa Finlandiya istehsalçılarından alınır.

“Biz Ukraynaya yardımı Finlandiya müdafiə sənayesi ilə sınanmış əməkdaşlıq kanalları vasitəsilə davam etdiririk,” –o qeyd edib.

Avqustun 5-də məlum olub ki, Danimarka, Norveç və İsveç NATO-nun yeni proqramı çərçivəsində Ukraynaya hərbi yardım üçün vəsait ayıracaq ilk ölkələrdən olacaq.

NATO-nun baş katibi Mark Rutte bu qərara görə həmin ölkələrə təşəkkürünü bildirib.

Chosen
36
3
teleqraf.com

4Sources