EN

Türkiyə Superliqasının 3 oyunu təxirə salındı

Türkiyə Superliqasının yeni mövsümün ilk turunun üç oyunu təxirə salınıb.

Yenisabah.az xəbər verir ki, klubların avrokubok matçlarına görə bu qərar verilib. Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti yayıb.

"Fənərbaxça" - "Alanyaspor", "Kayserispor" - "Beşiktaş" və "Fatih Karagümrük" - "Başakşehir" matçları təyin olunmuş vaxtda keçirilməyəcək. Oyunların nə vaxt keçiriləcəyi ilə bağlı məlumat hələlik verilməyib. Dördpendirli pizza

Qeyd edək ki, "Fənərbaxça" Çempionlar Liqasında, "Beşiktaş" və "Başakşehir" isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparır.


Telegram kanalımız
Chosen
80
10
yenisabah.az

10Sources