EN

Vaşinqtona təcili səfər: Trampla razılaşma əldə etmək istəyir

İsveçrə Prezidenti Karin Keller-Zutter yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti ilə Vaşinqtona təcili səfər edib.

"Ölkə.az" xəbər verir ki, onlar İsveçrə mallarının ABŞ-yə ixrac rüsumlarının 39 faizə qədər artırılmasının qarşısını almaq üçün Donald Tramp administrasiyası ilə razılaşma əldə etmək niyyətindədirlər.

ABŞ bazarını ən mühüm bazarlardan biri hesab edən, saat və şokolad istehsalçıları da daxil olmaqla, aparıcı sahələrin nümayəndələri xüsusi narahatlıq ifadə ediblər.

Chosen
16
2
olke.az

10Sources