EN

“İnsanlar qorxudan çölə çıxmır” – Oğuz sakinlərinin kabusuna çevrilən şəxs kimdir?VİDEO

Balta ilə qəddarcasına yaşlı qadını öldürən, öz doğmaca ata anasına  zülm edən ruhi xəstə oğuz rayonunun padar kəndində insanların kabusuna çevrilib.

Xezerxeber.az xəbər verir ki, söhbət Oğuz rayonunun Padar kənd sakini ruhi xəstə Ruslan Elbahat oğlu Səmədovdan gedir.

Sakinlər deyir ki bir həftədən çoxdu çölə çıxa bilmirik.Hər an birimiz cinayətin qurbanı ola bilərik. Bu şəxs 2010-cu ildə 74-75 yaşlı Münəvvər Zakirovanın evini dağıdıb, sonra isə balta ilə qəddarlıqla öldürüb. Hətta, öz ana və atasına da bir neçə dəfə xəsarət yetirib. Doğma bibisi oğlu ilə dalaşıb.

Anasına deyib ki, onu öldürəcək. Anası zəng edərək oğlanı xəbərdar edib, o, iş yerindən qaçıb. Amma oğlanı tapıb və onu bıçaqlayıb. Bir neçə gün qabaq da öz qohumunun tövləsini yandırıb. Hər dəfə belə əməldən sonra onu həbs edirlər, sonra Maştağa Psixiatriya Xəstəxanasına göndərilir, bir müddətdən sonra yenə evə qayıdır. Sonuncu dəfə evindən balta ilə çıxıb, Rövşən adlı şəxsin həyətinə gedib, həyətdəki iti öldürüb, sonra  tövləni yandırıb. Buna səbəb  həmin şəxsin Ruslandan şikayət edəcəyini deməsi olub. Qonşuların polisə müraciəti Ruslan tutulub.

Şikayətlə bağlı Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından verilən məlumata görə, Ruslan Səmədov yeddi dəfə xəstəxanada stasionar müalicədə olub. Sonuncu dəfə bu ilin yanvarında qənaətbəxş vəziyyətdə evə yazılıb. Xəstənin psixi vəziyyətində yenidən pisləşmə müşahidə olunarsa, özünün və yaxınlarının müraciəti ilə Mərkəzi Rayon Xəstəxanasından göndəriş əldə edərək ərazi polisinin köməkliyi ilə Respublika Psixiatriya Xəstəxanasına müraciət edib, lazımi müalicələrlə təmin oluna bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
60
xezerxeber.az

1Sources