EN

Onlarla “TIR” sürücüsü çarəsiz vəziyyətdə -Yüklərin sahibi ortalıqda yoxdurVİDEO

Artıq 8 aydan çoxdur ki, təxminən 15 tır sürücüsü Bakıda tır parkında ümidsiz şəkildə gözləmək məcburiyyətində qalıb. Sürücülərin iddiasına görə, onlar dondurulmuş qoyun ətini Monqolustan Respublikasından Azərbaycana çatdırıblar. Ət məhsulları sifariş əsasında İran İslam Respublikasına tranzit yolu ilə göndərilməli idi. Lakin nə sifarişçi, nə də vasitəçi üzərinə düşən öhdəlikləri yerinə yetirib.

Sürücülər bildirirlər ki, onları bu işə Murad Əliyev adlı şəxs cəlb edib. Vəd edilən məbləğ ödənilmədiyi üçün nə yük boşaldılıb, nə də tırlar hərəkətə buraxılıb. Yük sahibi də, sifarişçi də ortalıqda görünmür. Ət məhsulları isə artıq uzun müddətdir donduruculu tırlarda qalıb. Digər sürücülər də eyni vəziyyətdən şikayət edir və hüquq-mühafizə orqanlarının, gömrük xidmətlərinin, həmçinin müvafiq nazirliklərin məsələyə diqqət yetirməsini istəyirlər.

Onların sözlərinə görə, məsələylə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, indiyə qədər konkret bir tədbir görülməyib.

Sürücülərin sözlərinə görə, nə yükü sifariş edən şirkət, nə də məhsula sahib çıxmalı olan tərəf məsuliyyəti üzərinə götürmür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
24
xezerxeber.az

1Sources