ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“WhatsApp” istifadəçi təcrübəsini tamamilə dəyişdirəcək yeni funksiya üzərində işləyir.
Metbuat.az xəbər verir ki, yenilik “WhatsApp” vasitəsilə “WhatsApp” hesabı olmayan şəxslərə mesaj göndərmək imkanı verəcək. Məlumata görə, “qonaq söhbətləri” adlanan bu funksiya “WhatsApp”ın fəaliyyətini daha da genişləndirməsini nəzərdə tutur. “WhatsApp” hesabı olmayan şəxsə mesaj göndərmək istəyən istifadəçi həmin şəxs üçün dəvət linki yaradacaq. Bu keçid SMS, e-poçt və ya başqa platforma vasitəsilə çatdırılacaq. Linki klikləyən şəxs proqrama ehtiyac olmadan və ya hesab yaratmadan söhbətə qonaq kimi qoşulacaq. Bildirilir ki, “qonaq söhbətləri”ndə bəzi məhdudiyyətlər olacaq.
Bu söhbətlər media (şəkillər, videolar), səsli mesajlar və ya qrup çatlarını dəstəkləməyəcək. Məlumata görə, “qonaq söhbətləri”ndə təkbətək mesajlaşma mümkün olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.