Günəşdə güclü partlayış qeydə alınıb.
Hafta.az xəbər verir ki, bu, avqust ayında qeyd alınmış sayca dördüncü partlayışdır.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi “Telegram” kanalının məlumatına görə, infoqrafikaya əsasən – Bakı vaxtı ilə 07:00-da (5 avqust) Günəşdə 4168 saylı sahədə M sinfindən olan işartı müşahidə olunub.
Avqustda ilk belə işartı avqustun 3-də qeydə alınmışdı və son bir ayın Günəşdə baş vermiş ən güclü partlayışı olmuşdu – gücü M2,9 bala çatmışdı. Növbəti iki partlayış isə М1.4 və М.2.0 gücündə olmuşdu.