Həm intervalı çoxdur, həm də avtobus sayı azdır...
Xezerxeber.az xəbər verir ki, kadrlar 172 saylı marşrut avtobusundandır. Sərnişinlərin sözlərinə görə , nəqliyyat vasitələri intervallarla deyil, gecikmələrlə hərəkət edir. Bu da pik saatlarda dayanacaqlarda sıxlığa səbəb olur.
172 saylı marşrut xətti üzrə çalışan bəzi avtobus sürücüləri sıxlığın əsas səbəbi kimi yol tıxaclarını, nəqliyyat axınının nizamsızlığını və marşrut üzrə hərəkət edən avtobusların sayının kifayət etməməsini göstərirlər.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agnetliyi ilə əlaqə saxladıq. Qurumdan Xəzər Xəbər-ə bildirildi ki, AYNA tərəfindən 172 nömrəli marşrut xəttinin fəaliyyəti araşdırılıb və ötən gün avtobuslararası intervalda artım halı müəyyən edilib. Bununla bağlı daşıyıcıya xəbərdarlıq olunub, sərnişindaşıma qaydalarına və tərtib edilmiş qrafikə riayət edilməsi ilə bağlı tapşırıq verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.