EN

İllər əvvəl evini satdı, qaz sayğacına görə 8 min manat cərimə adına gəldiVİDEO

İllər əvvəl satdığı evin qaz sayğacına görə adına 8 min manata yaxın borc gəlib.

Xezerxeber.az xəbər verir ki, hadisə Bakı şəhər sakini Rasət Əlixanovun başına gəlib. Şikayətçi bildirir ki, Sabunçu rayonu, 9-cu mədən adlanan ərazidə yerləşən həmin evi uzun illər əvəl satmasına baxmayaraq, onun adına qaz borcu gəlib.

Rasət Əlixanov məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinə  müraciət edərək hüquqlarının bərpa edilməsini tələb edib.

Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyindən "Xəzər Xəbər"ə bildirdi ki, bundan sonra Rasət Əlixanova cərimə ilə bağlı bildiriş göndərilməyəcək. Bununla yanaşı  hazırda o evdə yaşayan sakinlər də  ilk olaraq asan kommunal mərkəzlərindən birinə evin sənədli ilə yaxınlaşıb, dəyişiklik etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
13
xezerxeber.az

1Sources